Avtomobil qəzet əməkdaşını vurdu

12 Dekabr 2017 09:23 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Səbail rayonunda baş verib.

Belə ki, Bayıl qəsəbəsində yolu keçmək istəyən 1950-ci il təvəllüdlü Məmmədov Sabit Məmməd oğlunu minik avtomobili vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.

Qeyd edək ki, xəsarət alan piyada S.Məmmədov "Təzadlar" qəzetinin əməkdaşıdır.

AzNews.az