16 yaşlı qız intihar etdi

12 Dekabr 2017 10:40 (UTC+04:00)

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Lək kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan yeniyetmə qız yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq intihar edib.

Onun orta məktəbin yuxarı sinif şagirdi olduğu bildirilir.

İntihar edən yeniyetmənin şəxsiyyəti və intiharın səbəbləri araşdırılır.

AzNews.az