Bakı metrosunda bədbəxt hadisə - Daha bir sərnişin...

12 Dekabr 2017 13:31 (UTC+04:00)

Bu barədə AzNews.az-a “Bakı metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib. Onun sözlərinə görə, hadisə bu gün saat 12:15 radələrində Bakı metrosunun "Nəsimi" stansiyasında baş verib:

“1987-ci il təvəllüdlü Oktay Nazim oğlu Paşayev stansiya yoluna yıxılıb. Həzi Aslanov-Dərnəgül xətti ilə hərəkət edən qatarı sərnişin digər xəttin stansiya yoluna düşüb. Həmin vaxt stansiyada qatar olmayıb. Xoşbəxtlikdən sərnişin heç bir xəsarət almayıb”.

Nəsimi Paşayev Oqtay Paşayevin başının fırlandığını və buna görə müvazinətini itirdiyini qeyd edib.

Bahar RÜSTƏMLİ
AzNews.az