Yaponiyanın məşhur proqramının çəkiliş qrupu Azərbaycanda - Video

12 Dekabr 2017 15:00 (UTC+04:00)

AzNews.az xəbər verir ki, verilişdə ölkəmizin turizm imkanları, paytaxt Bakının görməli yerləri, Qobustan, palçıq vulkanı, Yanardağ, Neftçala nefti ilə müalicə üsulları, xalqımızın qonaqpərvərliyi, Azərbaycan Dövlət Dillər İnstitutunda yapon dilinin tədrisi, Azərbaycan mətbəxi və dolmanın hazırlanması barədə maraqlı süjetlər yer alıb.

Veriliş əsnasında Azərbaycan və Yaponiya arasında əlaqələrin yüksək səviyyədə olduğu, rəsmi qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd olunub.

Qeyd edək ki, Nippon televiziyasının 30 milyondan artıq tamaşaçı auditoriyası var.