Bakıda məcburi eniş etmiş “British Airways”in sərnişinləri Londona uçub

12 Dekabr 2017 18:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə hava limanından məlumat verilib.

Aviaşirkət sərnişinləri digər təyyarə ilə göndərmək qərarına gəlib: “Təyyarə Bakıya gəldi və sərnişinləri Londona apardı. Hazırda təyyarə uçuşu həyata keçirir. Təcili eniş etmiş “Boeing-777”yə gəlincə, bu təyyarə heyət hazır olduqdan sonra Bakıdan uçacaq”.

Ötən gün Bakıda Mumbay-London reysini yerinə yetirən "British Airways" aviaşirkətinə məxsus Boeing-777 təyyarəsi məcburi eniş edib. Eniş kabinənin tüstülənməsi səbəbindən edilib.

Boeing-777 təyyarəsinin göyərtəsində 135 sərnişin və 17 heyət üzvü olub.