Goranboyda yol qəzası - 3 nəfər öldü

13 Dekabr 2017 09:01 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumta görə, hadisə rayonun Səfikürd kəndi ərzisidnə baş verib. Ağır tonajlı yük avtomobilinin “VAZ2106” marklı avtomobilə çırpılması nəticəsində “VAZ” da olan 3 nəfər ölüb. Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyidlər avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı hüquq mühfizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az