Gülər Əhmədovanın Türkiyədəki adamı həbs edildi – Özəl

27 Fevral 2013 23:32 (UTC+04:00)


Hazırda həbsdə olan keçmiş millət vəkili Gülər Əhmədovanın Türkiyədəki yaxın adamı kimi adı çəkilən Səlcuq Çağlayan həbs edilib. AzNews.az-a daxil olan məlumata görə, Türkiyə polisi S.Çağlayanı dələduzluqda ittiham edərək onun həbsi barədə qərar verib.

Saytımızın əldə etdiyi digər bir mlumata görə isə, S.Çağlayanı dindirmək üçün dünən Azərbaycandan xüsusi istintaq qrupu Türkiyəyə yola düşüb.

S.Çağlayan adı qalmaqallı videolarda Gülər Əhmədova ilə birlikdə hallandırılan, daha sonra Türkiyədə gizlənərək vəfat edən Sevinc Babayevaya saxta sənəd təmin etməkdə, ona qalmaq üçün mənzil kirayələməkdə ittiham edilir.

Məlumat üçün bildirək ki, bundan əvvəl bir neçə dəfə Azərbaycan mətbuatına qısa müsahibə verən S.Çağlayan video qalmaqalından xəbərsiz olduğunu və Sevinc Babayevaya sadəcə insanlıq xatirinə kömək etdiyini bildirmişdi.

S.Babayevanın oğlu isə S.Çağlayanın Gülər Əhmədova ilə iş əlaqələrinin də olduğunu bildirərək anasını ölümündə onun açar rolunu oynadığını vurğulamışdı.

Azər
AzNews.az