Seçicilər girişdə yoxlanmayacaq - Qayda dəyişdi

13 Dekabr 2017 11:35 (UTC+04:00)

APA-nın məlumatına görə, bununla bağlı Seçki Məcəlləsinin 104-cü (Səsvermə qaydası) maddəsinin 7-ci bəndi ləğv olunur.

Hazırda qüvvədə olan bənd belədir: "Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır".

Layihə Milli Məclisin dekabrın 15-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

AzNews.az