AzNews.az xəbər verir ki, Kaliforniya Universitetinin araşdırmaçıları tərəfindən 3D formatlı bir telefon üzlüyü istehsal edilib. "GPhone" olaraq adlandırılan üzlük qan analizi apara bilir. Üzlük enerji gücünü telefondan alır. Təkrar istifadə özəlliyinə sahib olan bir sensor üzlüyün küncünə yerləşdirilir.
Bu sensor çaplı elektron karta bağlanır və qan nümunəsini pelet bölməsinə qoyduqda analiz başlayır. Peletdə glyo-oksidas adlı bir ferment var. Bu ferment elektrik siqnalı yaratmaq üçün qandakı qlükoza ilə reaksiyaya girir.
Qandakı qlükoza konsentrasiyası ilə doğru olan elektrik siqnalı qlükoza konsentrasiyası ölçüsünü verir. Bu məlumat "Bluetooth" yoluyla "Android" tətbiqinə köçürülür. Beləliklə, bütün məlumatlar ekranda görünür.