Prezident Qüds ilə bağlı fövqəladə toplantıda - Fotolar (Yenilənib)

13 Dekabr 2017 13:28 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Zirvə toplantısında iştirak edir.

***

“Qüdslə həmrəylik üçün birlikdə hərəkət” devizi altında keçirilən Zirvə toplantısına 50-dək ölkədən dövlət və hökumət başçıları qatılıb.

Əvvəlcə birgə foto çəkdirilib.

Tədbir müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başlayıb.