Yəmənin paytaxtı bombalandı - Çoxlu sayda ölü var

13 Dekabr 2017 15:20 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, koalisiya təyyarələrinin Yəmənin paytaxtı Sənanı bombalaması nəticəsində 39 nəfər ölüb.

Hərbi təyyarələr Səna da daxil olmaqla ölkənin 3 şəhərinə aviazərbələr endiriblər.

Bombalanan ərazi polis idarəsinə məxsus olub. Hadisə zamanı polis idarəsinin binasında 180 nəfər olub.