İlham Əliyev keniyalı həmkarını təbrik edib

13 Dekabr 2017 19:21 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Keniya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Keniya xalqına sülh və tərəqqi arzulayıram".