Evində yanaraq öldü

13 Dekabr 2017 22:21 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Biləsuvar rayonu, Zəhmətabad kəndində ümumi sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın kəşfiyyatı zamanı ev sahibi Kazımov Həsən Bayram oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.