Göygöldə qəza - yaralanan var

13 Dekabr 2017 23:25 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Üçtəpə kəndində qeydə alınıb.

Rayon sakini, 1986-cı il təvəllüdlü Süleymanov Qamət Məzahir oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan “BMW”-yə çırpılıb.

Qəza nəticəsində xəsarət alan Q.Süleymanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.