Bakıda 25 yaşlı qız özünü asdı - Foto + Yenilənib

14 Dekabr 2017 16:04 (UTC+04:00)

AzNews.az Ölkə.az-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsi, Bağüstü küçəsi 5 ünvanında qeydə alınıb.

Həmin mənzildə kirayədə yaşayan 25 yaşlı Moldova vətəndaşı Mariya Radik dekabr ayının 12-də, axşam saat 20:00 radələrində özünü iplə asaraq intihar edib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarınını əməkdaşları gəlib. İlkin araşdırmalar başlanıb. Ev yiyəsi qızın meyitini aşkar edən zaman masanın üzərində spirtli içkilər olub.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib.Təyin olunan Məhkəmə-Tibbi Ekspertizasının rəyindən sonra məlub olub ki, həqiqətən də, Mariya Radik özünü asanda sərxoş olub.

Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalar zamanı Mariya Radikin bu ilin avqust ayının 19-da Bakıya gəldiyi məlum olub. Həmin vaxtdan “Oriflame” firmasında distribüter işləyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Rayon Prokurorluğundan verilən məlumata görə, Moldova vətəndaşının nəşi bu gün ölkəsinə yola salınacaq.

***

08:59

Bakıda gənc qız özünü asaraq öldürüb.

AzNews.az "Report"a istinadən xəbər verir ki, intihar hadisəsi Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Bakıxanov qəsəbəsində kirayə mənzildə yaşayan 25 yaşlı Mariya Radik özünü iplə asaraq intihar edib. Hadisə yerinə Sabunçu Rayon Polis İdarəsinin və Prokurorluğunun əməkdaşları cəlb edilib.

Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.