Kanada Ukraynaya “ölümcül silah” göndərir

14 Dekabr 2017 10:23 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Şevçenko öz "Twitter" hesabından verdiyi açıqlamada "2014-cü ilə qədər Ukraynaya silah göndərişi xəbərlərinə sevinəcəyimi düşünə bilməzdim. İndi isə bu silahın bir tək varlığıyla Ukraynaya sülh gətirəcəyini bilirəm" - deyə yazıb.

Qeyd edək ki, daha öncə Kanada hökumətinin rəsmi qəzeti "Canada Gazette" Ukraynaya "ölümcül silah" nəqlinə icazə verildiyini bildirmişdi. Rusiya rəhbərliyi Ukraynanın şərqindəki müharibəni daha da alovlandıracağı iddiası ilə buna qarşı çıxır. Kremlin sözçüsü Dmitri Peskov bu cür hərəkətlərin Minsk anlaşmasının həyata keçirilməsini çətinləşdirdiyini açıqlayıb.

"Ölümcül silah" deyərkən konkret hansı silahdan söhbət getdiyi barədə isə məlumat verilməyib.

До 2014 року я ніколи не подумав би, що буду радий новинам про поставки зброю в Україну... Тепер я знаю, що ця зброя самим фактом своєї наявності може наблизити мир в Україні.

Офіційно: Канада дозволила своїм компаніям постачати зброю Україні https://t.co/eIbH5sXGWP

— Andriy Shevchenko (@AShevch) December 13, 2017