“Bir ay içində minlərlə arakanlı müsəlman öldürülüb” - Sərhədsiz Həkimlər

14 Dekabr 2017 12:38 (UTC+04:00)

MSF-nin Banqladeşə qaçan arakanlılarla görüşərək apardığı araşdırmaya əsaslanan məlumatlar bu günə qədər açıqlanan rəsmi ölüm rəqəmlərindən olduqca yüksəkdir. Rəsmi açıqlamalara görə, olaylarda 400 nəfər həyatını itirib. MSF-nin bu məlumatları isə rəsmi rəqəmləri alt-üstü edib.

Ölənlər arasında yüzlərlə uşaq var

Təşkilat avqust ayında başlayan hadisələrdən sonra 647 min arakanlının Banqladeşə qaçdığını bəyan edib. MSF-yə görə, 25 avqust ve 24 sentyabr tarixləri arasında Myanmarda ən azı, 9000 arakanlı müsəlman həyatını itirib.

Böyük ehtimalla, bu ölümlərdən ən azı, 6700-nün zorakılıqla həyata keçirildiyini bildirən təşkilat, ölənlərdən 730-nun beş yaşdan az uşaqlar olduğunu bəyan edib.

Qeyd edək ki, Myanmar ordusu bu ittihamları qəbul etmir.