Məhkəmə vəsatətləri təmin etmədi

14 Dekabr 2017 14:05 (UTC+04:00)

“Report”un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən Füzuli Əliyev "Texmarin" epizodu üzrə ifadə verib.

O, ittihamları qəbul etmədiyini, günahsız olduğunu söyləyib.

Daha sonra ötən məhkəmə iclasında dinləmə epizodu ilə bağlı təqsirləndirilən şəxslərin vəkillərinin qaldırdığı bir neçə vəsatət müzakirə edilib.

Məhkəmə vəsatətləri təmin etməyib.

Prosesdə fasilə elan olunub.

Qeyd edək ki, MTN-in sabiq baş idarə və idarə rəisləri - Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, eləcə də həmin qurumun digər vəzifəli şəxsləri - Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizov 2015-ci ildə həbs ediliblər.

AzNews.az