"Bu, tüpürcəkdir" - Putin Saakaşvilidən danışdı

14 Dekabr 2017 15:22 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Putin Ukrayna ilə birbaşa danışıqlara hazır olduğunu deyib. Onun fikrincə, vasitəçilərsiz də sülhə nail olmaq mümkündür.

"Ukraynada heç bir rus əsgəri yoxdur. Donbasda hərbi polis yaradılıb və bu idarəçilikdə biz iştirak etmirik. Təxribatı da onlar törədir" - Putin belə deyib.

O, həmçinin Mixail Saakaşvilinin hərəkətlərini gürcü və ukraynalıların "üzünə atılan tüpürcək" adlandırıb.

"Siz ona necə dözə bilərsiniz? Necə olur ki, müstəqil gürcü dövlətinin prezidenti indi deyir ki, mən ukraynalıyam. Bəyəm Ukraynada siyasətçi yoxdur? Çox təəssüf, ürəyim bulanır". - Rusiya prezidenti belə deyib.