17 yaşlı gənci qətlə yetirən şəxs tutuldu

14 Dekabr 2017 15:47 (UTC+04:00)

"Report"un yerli bürosunun məlumatına görə, Ağdaş Dövlət Hümanitar Kollecin 3-cü kurs tələbəsi Ə.Nəsibovu ürək nayihəsindən bıçaqlayaraq qətlə yetirən, şəhərin Müşviq İsayev küçəsində yaşayan, 2000-ci il təvəllüdlü Tərlan Fikrət oğlu Hacıyev Qəbələ rayonunda hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

AzNews.az