Axşam Bakının iki rayonunda su olmayacaq

14 Dekabr 2017 18:45 (UTC+04:00)

AzNews.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, magistral su kəmərində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq bu gün axşam saatlarında Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.