Xizəklə sürüşən 12 yaşlı uşaq inəklə toqquşaraq ölüb

14 Dekabr 2017 19:13 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl rayonun Qələsər kəndində qeydə alınıb.

Kənd sakini, 2005-ci il təvəllüdlü İsgəndərov Orxan Rüstəm oğlu xizəklə sürüşəndə inəklə toqquşub.

Nəticədə ağır xəsarətlə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən O. İsgəndərov bu gün xəstəxanada dünyasını dəyişib.