İkinci Günəş sistemi tapıldı - NASA-dan tarixi kəşf

15 Dekabr 2017 10:49 (UTC+04:00)

AzNews.az "Sputnik" xəbər agentliyinə istinadən xəbər verir ki, yeni planet sisteminin Yer kürəsindən 2 min 545 işıq ili uzaqlıqda olduğu bildirilir. Planet sisteminin mərkəzindəki ulduzun Günəşdən daha isti və böyük olduğu qeyd edilir.

Sistemin ən kiçik planeti olan "Kepler 90" Yer kürəsindən 3 dəfə böyükdür və təqribən 420 dərəcə selsi temperaturundadır.

"Vashington DC"-dəki NASA mərkəzindən astrofizik Paul Hertz planet sisteminin Günəş sisteminə çox bənzədiyini vurğulayıb.