Türkmənistanda ərzaq böhranı yaşanır

15 Dekabr 2017 15:05 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, ölkənin Marı və Axal vilayətlərində unun qiyməti 2 dəfə artdığından sakinlər təşvişə düşüb və hazırda un qıtlığı yaşanır.

Bu isə öz növbəsində çörəyin qiymətinə təsirsiz ötüşməyib. Bütün növ çörəklərin qiymətində artım müşahidə edilir.

Aşqabadda toyuq əti və yumurta qıtlığı da yaranıb və qiymət 50 faiz artıb. Bazarlarda və mağazalarda yumurta 30 ədəddən artıq olmayaraq, toyuq isə 1 kiloqramdan artıq satılmır.

Paytaxt və digər şəhərlərdə mağazalar önündə uzun növbələr yaranıb.

Məlumata görə, bazarlarda meyvə-tərəvəzin də qiymətində artım var.