Rusiyada keçmiş nazir həbs edildi

15 Dekabr 2017 15:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Moskvanın Zamoskvoretskiy Məhkəməsi Ulyukayevin "Rosneft"in prezidenti İqor Seçindən 2 milyon dollardan çox rüşvət aldığı üçün həbs edilməsinə qərar verib.

Qərara əsasən, keçmiş nazirə səkkiz il həbs verilməklə bərabər, 130 milyon rubl maddi cəza da kəsilib.