Venesuelanın birinci xanımının qohumları həbs edildi - Hərəsinə 18 il

15 Dekabr 2017 15:37 (UTC+04:00)

AzNews.az Reuters-ə istinadən xəbər verir ki, həbs olunanların hərəsinə 18 il iş kəsilib.

Hökm Manhetten federal məhkəməsinin qərarı ilə çıxarılıb.

Həbs edilənlər - Franki-Fransisko Flores və Efreyn Antonio Kampo Floresdir.

Onların hər ikisi 2015-ci ilin noyabrında həbs edilib.

Prezident xanımının qohumları ABŞ-da kokain biznesində ittiham edilir. 800 kq narkotik vasitə tədarük olunub.

Prokuror onların hərəsinə 30 il iş istəsə də, sonradan cəza yüngülləşdirilib.