FED-in qərarı manata necə təsir edəcək? - Mərkəzi Bankdan açıqlama

15 Dekabr 2017 17:38 (UTC+04:00)

Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

AMB bildirir ki, bu qərarın manatın məzənnəsinə birbaşa təsiri yoxdur.

"Bütövlükdə manatın məzənnəsinin kəskin dəyişməsinin fundamental iqtisadi əsası yoxdur. Belə ki, hazırda ölkədə həyata keçirilən məzənnə rejiminə uyğun olaraq manatın ABŞ dollarına nəzərən məzənnəsi valyuta bazarındakı tələb-təklif nisbətindən asılı olaraq formalaşır. Xarici valyuta bazarındakı tələb-təklif nisbəti isə əsasən tədiyə balansının vəziyyətindən, yəni ölkəyə daxil olan və ölkədən çıxan xarici valyutanın həcmi ilə yanaşı neft transferlərinin məbləğindən asılıdır ki, bunlar da bu gün tarazlaşdırıcı nisbətdə olduqları üçün manatın ABŞ dollarına nisbətən məzənnəsi sabit dinamikadadır", - deyə tənzimləyicidən bildirilib.

Ötən gün FED uçot dərəcəsini 0,25% səviyyəsindən 1,50%-dək artırıb.

AzNews.az