Mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları və güc qurğuları ƏDV-dən azad edildi

15 Dekabr 2017 18:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsində dəyişiklikdə öz əksini tapıb.

Məcəllənin 164-cü (Vergi ödəməkdən azad edilmə) maddəsinə əlavə edilən yeni bəndə (164.1.38) əsasən, mülki aviasiya məqsədləri üçün idxal edilən uçuş aparatları, onların ehtiyat hissələri, mühərrikləri və güc qurğularının vergidən azad olunmasını nəzərdə tutur.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.