Bakıda Şaxta baba və Qar qız tapmaq çətin olacaq - Video

15 Dekabr 2017 20:22 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov müraciət edənlərin sayının artacağına ümid edir. Çünki qəbul dekabrın 25-də başa çatacaq. Deportament rəhbərinin sözlərinə görə, azalma fotoqraf kimi müraciət edənlərin olmaması ilə bağlıdır. Çünki Şaxta baba və Qar qızın əsas gəliri fotoqrafın çəkdiyi şəkillər hesab olunur.

Hər il dekabr ayının 2-cı yarısından etibarən paytaxtda Şaxta baba və Qar qızı görməyə alışanlar, bayram ab-havası üçün onların vazkeçilməz simvollar olduğunu bildirirlər.

Qeyd edək ki, müraciət edənlər şəxsiyyət vəsiqəsinin sürətini, sağlamlıq haqqında arayışı təqdim etməklə yanaşı 60 manat dövlət rüsumu da ödəməlidir.