Gələn il Azərbaycanda birrəqəmli inflyasiya olacaq

15 Dekabr 2017 23:34 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib.

Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir:

"Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5-4% arasında dəyişə bilər. Görülən tədbirlər nəticəsində 2018-ci ildə inflyasiya 7%-ə düşəcək. Bank sektorunda isə risklər hələ də tam aradan qaldırılmayıb. 2018-ci ildə fiscal ödəmələr bir qədər də artacaq. Neft qiymətlərinin yüksək olması bunun neqativ təsirlərinin azalmasına kömək edə bilər".