Bu sahədə xeyli iş yeri yaradılacaq

15 Dekabr 2017 23:47 (UTC+04:00)

AzNews.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, göstərilən dövrədək İKT sahəsində 1450 yeni iş yerinin yaradılması gözlənilir:

“Qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ölkəyə iri investisiyalar cəlb etməyə, bank və təhsil sahələrində yeni rəqəmsal texnologiyaların tətbiqinə və s. imkan verəcək”.

İcraçı direktor Dünya Bankının Azərbaycanı İKT sahəsinin inkişaf perspektivləri üzrə TOP-10-luğa daxil etdiyini xatırladıb.