"Abşeron" gənclər şəhərciyində insident

16 Dekabr 2017 09:01 (UTC+04:00)

Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1991-ci il təvəllüdlü Bəhrəmov Elmir Mehrac oğlu "Abşeron" gənclər şəhərciyi ərazisində tanışı ilə mübahisə edib. Bu zamanı oğlana 12 bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

AzNews.az