Sabiq nazirin oğlu evində ölü tapıldı

16 Dekabr 2017 13:33 (UTC+04:00)

APA-nın verdiyi məlumata görə, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etməsindən şübhə edilir.

Polis hadisə yerində araşdırma aparır.

Hazırda ABŞ-da olan M. Yılmaz oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönmək üçün hərəkətə keçib.

Qeyd edək ki, Y. Yılmazın qardaşı Emir Hasan Yılmaz ilə “CFS İstanbul Yatırım A.Ş” bir şirkəti var. İki qardaş bir ara İstanbulda tikilən üçüncü hava limanında torpaq daşınması işi ilə də məşğul olub. Y. Yılmaz teleaparıcı Neşe Sapmazla evli olub, 3 il sonra cütlük ayrılıb.

AzNews.az