Tolik etiraz etdi: “Yalandan tərifləyirik, yollar bərbad, işıq, qaz yox...”

16 Dekabr 2017 13:18 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb. Tolik yaşadığı ərazinin elektrik verilişindən narazı olduğunu dilə gətirib:

Şikayət etməkdən bezdim. Bu Xırdalanın rəisi nə işlə məşğul olur? Həftədə 4 dəfə işıq keçir. Nə qədər qəza olar? Bu camaat yazıq deyil? Hara baxır bu Xırdalanın rəhbərliyi? Yalandan tərifləyirik. Yollar bərbad, işıq yox, qaz bir gün olur, bir gün yox. Bu nədir? Kim baxır bu işə? Mən əminəm Baba Rzayev bu işlə məşğul olacaq. Xırdalanın “Azərişıq” şəbəkəsinin rəisi Nemət Qasımov hara baxır?"

Bahar RÜSTƏMLİ

AzNews.az