Bakıda 55-60 yaşlı naməlum kişi xəstəxanada ölüb

16 Dekabr 2017 13:47 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, dekabrın 9-da Yasamal rayonu ərazisindən 55-60 yaşlarında kişi kəllə-beyin travması ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib və orada ölüb.

Onun xarakterik əlamətləri belədir: boyu 170 santimetr, arıq bədən quruluşlu, dişləri seyrək, gözləri qara. Əynində qara şalvar, qara gödəkçə və qara ayaqqabı olub.

Kimliyi istintaqa məlum olmayan, şəkildəki kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Yasamal Rayon Polis İdarəsinə (012) 434-02-02, 434-62-36 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.