Ziya Məmmədov yenidən prezident seçildi
28 Fevral 2013 11:08 (UTC+04:00)
Azərbaycan Voleybol Federasiyasının (AVF) fevralın 27-də VI hesabat-seçki konfransı keçirilib. Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Voleybol Mərkəzində təşkil olunan konfransın gündəliyində 3 məsələ olub.
Bunlar 2009-2012-ci illər Federasiyanın fəaliyyəti haqqında hesabat, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına hazırlıqla bağlı Faiq Qarayevin rəhbərliyi altında Təşkilat Komitəsinin yaradılması və AVF-nin rəhbər orqanlarının seçilməsi olub.
Konfransın sonunda Ziya Arzuman oğlu Məmmədov yenidən Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.
AzNews.az