Müdafiə sahəsinə rekord miqdarda vəsait ayrılacaq

16 Dekabr 2017 14:04 (UTC+04:00)

AzNews.az Presstv-yə istinadən xəbər verir ki, bu vəsaitin önəmli hissəsi Şimali Koeryanın (Koreya Xalq Demokratik Respublikası-KXDR) ehtimal olunan mümkün hücumlarından qorunmaq üçün silah alınmasına sərf olunacaq.

Yaponiya hökuməti müdafiə xərclərini ardıcıl olaraq altıncı ildir artırır. Xüsusən, Tokioda Raket Əleyhinə Müdafiə sistemini möhkəmləndirmək niyyətindədir.

Bu təklif qəbul edildiyi halda 2018-ci ilin aprelində başlayacaq maliyyə ili üçün hərbi büdcə Yaponiya üçün rekord sayılacaq. Ayrılan məbləğ keçən ilkindən təxminən 70 milyard yen çox olacaq.

Qeyd edək ki, ötən gün rəsmi Tokio KXDR-in müəssisələri və fiziki şəxslərinə qarşı sanksiyalar siyahısını genişləndirib. Siyahıya əlavə şəxslər cəlb olunub.