Xərçəngin müalicəsində yeni üsul - Alman alimlərinin tətqiqatı

16 Dekabr 2017 15:45 (UTC+04:00)

AzNews.az "New Scientist"ə istinadən xəbər verir ki, tətqiqatın gedişi ACS Nano-da dərc edilib. Təcrübənin gedişində mütəxəsislər xərçəng toxumalarına dərman preparatının daha tez çatdırılması üçün spermatozoiddən istifadə ediblər. Bu məqsədlə əvvəlcədən həmin preparata daxil edilən spermatozoid doksorubisin adlanan (aktiv olaraq kişi hüceyrələrinə daxil olur) hərəkət istiqamətinə nəzarət edən maqnitik mikromotorlarla təmin edilir. Şiş toxumasına çatdıqdan sonra həmin spermatozoid xərçəng hüceyrəsinə daxil olur və doksorubisin ona nüfuz etməyə başlayır. Beləliklə, xərçəng hüceyrələrinin 87 faizi üç gün ərzində məhv edilir. Bu üsul daha çox uşaqlıq xərçəngində istifadə edilir. Spermatozoidin müalicədə istifadə edilməsi preparatın sağlam hüceyrəyə daxil olmasına mane olur və müalicəni yan təsirindən qoruyur.