Qızıl ucuzlaşıb

16 Dekabr 2017 16:17 (UTC+04:00)

"Report" xəbər verir ki, bu barədə məlumat Hindistan Ticarət və Sənaye Nazirliyi tərəfindən yayılıb.

Məlumatda bildirilir ki, azalmaya baxmayaraq, 2017-ci ilin yanvar-noyabr aylarında Hindistanın qızıl idxalı illik müqayisədə 1,6 dəfə artıb və 32,88 mlrd. dollar təşkil edib. Qeyd edək ki, Hindistan dünyanın ən iri qızıl istehlakçısı kimi 2013-cü ildən bəri Çinlə rəqabət aparır.

Açıqlanan göstərici qızılın qiymətinə mənfi təsir edib. Dünən 1 264,5 dollar/unsiyaya qədər yüksələn qiymətlər daha sonra 1 257 dollara qədər geriləyib. Gələn ilin martında FED-in daha bir faiz artımına gedəcəyi ilə bağlı gözləntilər fonunda qızılın 2018-ci ilin ilk rübündə 1 200 dollar/unsiyaya qədər ucuzlaşması istisna edilmir.

AzNews.az