3 avtomobil təmiri sexi yandı - Bakıda

16 Dekabr 2017 17:00 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda bir-birinə bitişik olan üç avtomobil təmiri sexinin dam örtüyünün yanar konstruksiyaları 175 m2sahədə yanıb. Sexin qalan hissəsi və bitişik sexlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.