Avropanın ən yaşlı sakini 117 yaşında öldü

16 Dekabr 2017 18:10 (UTC+04:00)

AzNews.az La Vanguardia qəzetinə istinadən xəbər verir ki, Ana Vela adlı ispaniyalı qadın 1901-ci il oktyabrın 29-da Puente-Genildə anadan olub. O, Barselonada qocalar evində ölüb. 4 uşaq anası olan Ana Vela üzun müddət mağaza direktoru kimi çalışıb.

Ana Vela İtaliyalı Emma Moranonun vəfatından sonra bu ilin aprelində Avropanın ən yaşlı sakini olaraq tanınırdı.