Qurbanovun milli komandadakı maaşı məlum oldu - 1 milyon

16 Dekabr 2017 22:15 (UTC+04:00)

AzNews.az “Sportlife.az”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis yeni sözləşməyə əsasən, hər il üçün 1 milyon manat alacaq.

Qurban Qurbanovun komandası 2020-ci ildə keçiriləcək Avropa Çempionatına vəsiqə qazanarsa, məşqçi 200 min manat əlavə gəlir əldə edəcək.

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycanda illik qazancı 1,2 milyon avro idi.