“O Səs Türkiyə”də daha bir azərbaycanlı - Video

17 Dekabr 2017 10:34 (UTC+04:00)

AzNews.az Yeniçağ-a istinadən xəbər verir ki, söhbət Ozan Əhmədovdan gedir. Yarışmanın əvvəlki mövsümlərində də iştirak etmiş qazaxlı ifaçı bu dəfə ilk çıxışında məşhur “Gipsy Kings” qrupunun “Bamboleo” mahnısını səsləndirib.

Əhmədov mahnısına bu sözlərlə başlayıb: “Qazaxa gəl, Səməd Vurğun ocağına gəl”.

Jürilərdən yalnız Yıldız Tilbəni döndürə bilən Ozan məhz bu müğənninin komandasına qoşulub.