Göygöldə 22 yaşlı gənc intihar edib

17 Dekabr 2017 11:27 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Göygöl şəhərində qeydə alınıb.

Rayon sakini 1995-ci il təvəllüdlü Məmmədov Heydər Yasin oğlu yaşadığı evdə özünü asaraq intihar edib. H. Məmmədovun hansı səbəbdən intihar etdiyi hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.