Avtomobil divara çırpıldı - Sürücü xəsarət aldı

18 Dekabr 2017 09:00 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yanıqlı kəndində baş verib. Kənd sakini 1969-cu il təvəllüdlü Əliyev Ülfət Qamət oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan tikiliyə çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

AzNews.az