Bakıda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

18 Dekabr 2017 09:13 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki hadisə Bakıxanov qəsəbəsində 2014-cü il təvəllüdlü Həsənova Münəvvər Həsən qızı anası ilə yol kənarı ilə gedərkən baş verib.

Uşaq qəfil valideyinin əlindən çıxaraq yola doğru qaçıb. Bu zaman arxa istiqamətində hərəkətdə olan "MAN" markalı məişət tulantılarını daşıyan yük avtomobili onun üzərindən keçib

Körpə həmin yük avtomobilin təkərləri altında qalaraq faciəvi şəkildə ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində cinayət işi başlanılıb.