Bu il 318 qida zəhərlənməsi olub

18 Dekabr 2017 09:18 (UTC+04:00)

Bunu özəl olaraq Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyib.

Onun sözlərinə görə, zəhərlənmə hadisələrindən 528 nəfər zərər çəkib.

Yanvar-noyabr ayları ərzində 19 botulizm hadisəsi baş verib. Nəticədə 35 nəfər zəhərlənib, 4 nəfər dünyasını dəyişib. Botulizmdən sonuncu ölüm hadisəsi Bakının Nəsimi rayonu ərazisində, hisə verilmiş balıqdan baş verib. Ondan əvvəl baş verən ölüm hadisələrinə isə məişət şəraitində hazırlanmış konservləşdirilmiş məhsullar səbəb olub.

AzNews.az