Pentaqonun məxfi UNO proqramı ortaya çıxdı

18 Dekabr 2017 10:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, 2007-ci ildə başlayan və 2012-ci ildə sonlandırılan proqram barədə yalnız kiçik bir heyətin məlumatı olub.

"Nyu York Tayms" qəzetinin dərc etiyi qeydlərdə qəribə sürətli hava vasitələrindən və göydə hərəkət edən obyektlərdən bəhs edilir.

Alimlər isə "açıqlanmayan bu cür durumların dünya xaricindəki yaşamın varlığına sübut olduğu" düşüncəsinə qarşı şübhə ilə yanaşırlar.

Proqramın ABŞ Müdafiə Nazirliyinə 20 milyon dollara başa gəldiyi və 5 il sonra büdcə səbəbləri ilə durdurulduğu bildirilir. "Gizli UNO proqramı"nın xarici güclərin texnoloji inkişafını təqib etmək üçün başladıldığını düşünənlər də var.