Oğul anaları daha tez dünyasını dəyişir- Statistika

28 Fevral 2013 12:04 (UTC+04:00)



Onsuzda insan ölümün hər an baş verdiyi müasir dünyada, belə bir statistikanın ortaya çıxması bir çox araşdırmaçıları məyus edib.

Belə ki, "Human Life History Project" təşkilatının apardığı statistika göstərir ki, çoxlu oğlu olan analar, qız analarına nisbətdə daha tez dünyasını dəyişirlər.

İlkin araşdırmaya görə, oğul anası qız anasına nisbətdə ən azı 34 həftə az yaşayır. Ancaq bu statistika ən azı 3 oğlu olan analara aid edilib.

Həkimlər bu statistikanın "möcüzə"vi faktor olduğunu və bir neçə oğlu olan ananın ömrünün qısalmasının daha çox psixoloji amillərlə əlaqədar olduğunu deyirlər.

Həkimlər həqiqətən də oğlan uşaqlarının qızlara nisbətdə daha çətin doğulmasını və hamiləlik dövründə ana bətnində anaya lazım olan "qidaları" çox yeməsi faktorunun olmasını istisna etməyiblər.

Sosioloq və psixoloqlar isə statistikanın doğru olduğunu və oğul analarının uşaq tərbiyəsində daha çox stress keçirdiyini xüsusi qeyd ediblər.

Aynur Hüseynova
AzNews.az