"İraqdakı azərbaycanlı uşaqlardan bəziləri ölkəyə gətirilib"

18 Dekabr 2017 11:46 (UTC+04:00)

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, İraqdakı Azərbaycan vətəndaşlarının taleyi müvafiq qurumların tam diqqətindədir: "Bununla bağlı tədbirlər görülür. Azərbaycanın müvafiq qurumları İraqda olan uşaqların Azərbaycana gətirilməsi üçün işlər görür. Artıq uşaqların bəziləri gətirilib və proses davam edir".

AzNews.az